Rusiyanın təsiri Qaqauziyada peyvəndlənmə səylərini gecikdirir
Moldovanın digər bölgələrinə nistəbən qiymətlər iki dəfə aşağıdır, belə ki, yerli sakinlər Sputnik V vaksininin istifadəsini gözləyirlər.
Rusiyanın təsiri Qaqauziyada peyvəndlənmə səylərini gecikdirir
Moldovanın digər bölgələrinə nistəbən qiymətlər iki dəfə aşağıdır, belə ki, yerli sakinlər Sputnik V vaksininin istifadəsini gözləyirlər.
Moldovanın cənubundakı muxtar bölgə olan Qaqauziyada peyvəndləmə işləri çox geridə qalır ki, mütəxəssislər bunu Rusiya təbliğatının təsiri ilə əlaqələndirirlər.
Moldova Səhiyyə Nazirliyinin məlumatına görə, peyvəndləmə işlərinin başlamasından beş ay ərzində olan müddətdə Moldovanın digər bölgələrindəki əhalinin 12-13% olmaqla, Qaqauziyada 6%-dən bir az çox hissəsi tam olaraq peyvəndlənib. Ölkədə AstraZeneca, Pfizer, Sputnik V və Sinovac vaksinləri mövcuddur. Buna baxmayaraq, Qaqauziya İctimai Sağlamlıq Mərkəzinin direktoru İvan Hastanın sözlərinə görə, peyvəndin qəbulu gün ərzində hansı növünün təqdim olunmasından çox asılıdır. "Rusiyanın Sputnik V peyvəndini vurdurmaq istəyən insanların növbələrini gördük, lakin hamı onu ala bilmədi." - deyə qeyd edir. "AstraZeneca peyvəndinə böyük miqdarda sahib olsaq da, ona heç bir tələbat yox idi. Buna görə də peyvəndlənmə nisbətində çox geridə qalmışıq." - deyə əlavə edib.
Bəzi yerlərdə peyvənd edilməyə gələn insanlara yalnız AstraZeneca peyvəndi olduğu deyildikdə, əksər hallarda onların xəstəxanalardan kənarlaşdıqları müşahidə olunub.
Moldova Müstəqil Mətbuat Dərnəyinin direktoru Petru Macoveiyə görə, muxtar bölgədəki ictimai rəy, əsasən rus dilli yerli kütləvi informasiya vasitələri tərəfindən formalaşmışdır. Moldovada bu rus kanalları qanunla qadağan edilsə də, muxtar bölgədə sərbəst şəkildə yayımlanır. "Qaqauziya sakinlərinin etibar etdikləri və izlədikləri kanalların öz gündəmləri var." - deyə Macovei qeyd edir. "Rusiya mediasının digər peyvənd istehsalçı şirkətlərini gözdən saldığını və Sputnik V -ni təriflədiyini görürük. Əminəm ki, bu Qərb peyvəndlərinə qarşı bir təbliğat kampaniyasıdır." - əlavə edir.
Qaqauziya, Moldovanın Rusiyapərəst Sosialist Partiyasından da çox təsirlənir. Bölgəyə 1000 doz Sputnik V verildikdə, partiya bunu parlament seçkiləri kampaniyası çərçivəsində istifadə etdi. Sosialist nümayəndələr, peyvəndin partiya ilə Kreml liderləri arasındakı şəxsi razılaşmalar nəticəsində gətirildiyi ilə öyünürdülər.
Bir çox insanlar, xüsusən də yaşlı nəsil arasında bu təbliğata inandıqları görünür. Komratdan olan təqaüdçü Qriqori Quiqov yaşına və xroniki tibbi vəziyyətinə görə peyvənd edilənlərin arasında birinci olmalı idi. Lakin o, Rusiya istehsalı olan Sputnik V -in istifadəyə verilməsini gözləməyə davam edir. "Mən mütəxəssislərin hansı peyvəndin daha yaxşı olduğunu müzakirə etdikləri televiziya proqramlarını izlədim və AstraZeneca'nın yararlı bir şey olmadığı, lakin Sputnik V -nin yaxşı olduğunu söylədilər." - dedi Quiqov.
Gənc nəsil daha çox məlumatlı olmağa meyllidir və rusdilli mediadan başqa mənbələrdən məlumat almaq üçün internetə müraciət edir.
Yerli parlamentdə çalışan Roman Homenko, peyvəndlənənlər və AstraZeneca vaksinini qəbul edənlər arasında birincilərdən biri idi. "Ailəmizlə birlikdə televizora baxdıq və medianın yazdıqlarını oxuduq." - dedi. "AstraZeneca peyvəndi ilə bağlı çoxlu suallar və tənqidlər oldu. Sonra Telegram -da Sputnik V peyvəndi hazırlayanlarla onlayn müsahibəni izlədiyim bir kanal tapdım. Orada deyilirdi ki, AstraZeneca ilə bağlı bütün tənqidlər siyasətlə əlaqədardır və indi əsas olan peyvəndin hansının olursa-olsun, qəbul olunmasıdır. Mənim üçün ən vacib şey koronavirusu məğlub etməyimizdir." - deyir Homenko.
This publication was prepared under the "Amplify, Verify, Engage (AVE) Project" implemented with the financial support of the Ministry of Foreign Affairs, Norway.